Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 17:54
ABŞ Prezidenti Co Bayden ümumi aktivləri 100 milyon dollardan çox olan Amerika ev təsərrüfatları üçün minimum 20% gəlir vergisi təklif etməyi planlaşdırır.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNBC telekanalı əlinə keçən sənədə istinadən məlumat yayıb.
Sənəddə deyilir ki, bu addımın yaxın 10 ildə xəzinəyə təxminən 360 milyard ABŞ dolları gəlir gətirəcəyi gözlənilir. Telekanal qeyd edir ki, bu məbləğin yarıdan çoxunu sərvəti 1 milyard ABŞ dollarından çox olanlardan yığılan vergilərdən əldə etmək olar.
CNBC-nin məlumatına görə, Bayden təklifini martın 28-də təqdim edəcək.