Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya millisinin futbolçusu həbs edilib

İtaliya millisinin futbolçusu həbs edilib

Tarix: 28 Mart 2022 22:28

İtaliyanın "Cenoa" klubunun futbolçusu Manolo Portanova həbs edilib.

Sonxeber.net "report"-a istinadən bildirir ki, 22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib.

Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror vəzifəsini icra edən Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib.

Qeyd edək ki, Manolo Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.


Etiketlər:  İtaliya millisinin futbolçusu həbs edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ