Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ-ın Rusiya rəhbərliyini dəyişmək siyasəti yoxdur” - Bayden

“ABŞ-ın Rusiya rəhbərliyini dəyişmək siyasəti yoxdur” - Bayden

Tarix: 29 Mart 2022 08:39

ABŞ Prezidenti Co Bayden bildirib ki, ölkəsi Vladimir Putinin Rusiya prezidentliyindən devrilməsinə nail olmağa yönəlmiş siyasət yürütmür.

"Pis adamlar pis işlər görməyə davam etməməli olduğu kimi, o da hakimiyyətdə qalmasın. Mən bu barədə qəzəbimi bildirdim. Lakin bu o demək deyil ki, bizim əsas siyasətimiz Putini hansısa yolla devirməkdir",- deyə Bayden bildirib.

O, martın 26-da Varşavaya səfəri zamanı verdiyi açıqlamanı belə izah edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Bayden vurğulayıb ki, o, yalnız mənəvi qəzəbini ifadə edib və buna görə üzr istəməyəcək.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, onun Rusiya Federasiyasının prezidenti ilə bağlı bəyanatları diplomatik qarşılıqlı əlaqələri çətinləşdirməyəcək və Ukraynada gərginliyə səbəb olmayacaq.
Qeyd edək ki, martın 26-da Varşavada çıxış edən Bayden deyib ki, Ukraynada hərbi əməliyyat heç vaxt Rusiyanın qələbəsi ilə bitməyəcək.
Ağ Ev rəhbəri açıqlamasında bildirib ki, Putin hakimiyyətdə qala bilməz.


Etiketlər:  ABŞ Rusiya rəhbərliyini dəyişmək siyasəti yoxdur Bayden


RƏYLƏR