Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 10:38
"Kreml Ukrayna ilə müharibənin mənasız olduğunu anlayıb".
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov Rusiya ordusunun Kiyev ətrafından çəkilməsini belə şərh edib. O bildirib ki, bu , geri çəkilmək yox Rusiya ordusunun Kiyevdən qaçmasıdır:
"Hadisələrə real baxmaq lazımdır. Rusiya ordusu Kiyevdən qaçır. Bunu milyon formada yumşaldıcı şəkildə ifadə edə bilərsiniz. Amma mahiyyət dəyişməyəcək. Bu, sonun başlanğıcıdır".