Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messini klubuna çağırır - menecerlərinə zəng etdi

Messini klubuna çağırır - menecerlərinə zəng etdi

Tarix: 11 Sentyabr 2019 11:59

ABŞ-ın “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhem “Barselona”nın hücumçusu Lionel Messini komandasına dəvət etmək niyyətindədir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Bekhem artıq Messinin menecerləri ilə əlaqə saxlayaraq onun transferinin mümkün olub-olmadığını öyrənib.

Qeyd edək ki, argentinalı futbol ulduzunun hazırkı klubu da onunla 2021-ci ildə başa çatacaq müqavilə müddətini uzatmaq istəyir. Daha əvvəl Messi elan edib ki, Avropada “Barselona”dan başqa komandada oynamaq fikri yoxdur.

Qeyd edək ki, 2018-ci ilin yanvarın 29-da “İnter Mayami” rəsmi olaraq MLS iştirakçıları sırasına əlavə ediləndə Messi Bekhemə videotəbrik göndərib. Həmin təbrikdə o, nə vaxtsa Amerika klubunda oynamaq istədiyinə işarə vurub: “Kim bilir, bəlkə bir neçə il sonra siz mənə zəng edəcəksiniz”.

 


Etiketlər:  Messini klubuna çağırır menecerlərinə zəng etdi

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ