Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 08:28
Dünya Bankı Əfqanıstanda 600 milyon dollarlıq layihələri dayandırıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.
"Bank Əfqanıstanda dəyəri 600 milyon dollar olan dörd layihəni dayandırır. Söhbət təhsil, səhiyyə və kənd təsərrüfatı ilə bağlı layihələrdən gedir", - açıqlamada bildirilir.
Bankın reaksiyası müvəqqəti "Taliban" hökumətinin qızların orta məktəblərdə və liseylərdə təhsil almasını məhdudlaşdırmaq qərarına cavab olub.
"Taliban" hökumətinin Təhsil Nazirliyi martın 23-də ibtidai məktəbin qızlar üçün açıq olacağını bildirsə də, orta təhsil sistemi ilə bağlı heç bir qərar verilməyib.