Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa ilin sonuna qədər Rusiya neftindən imtina etməyi planlaşdırır

Polşa ilin sonuna qədər Rusiya neftindən imtina etməyi planlaşdırır

Tarix: 31 Mart 2022 08:44

Polşa 2022-ci ilin sonuna kimi Rusiya neftindən istifadəni dayandırmağı planlaşdırır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

"Ümid edirəm ki, aprelə, ən geci may ayına qədər Rusiya kömüründən tamamilə uzaqlaşacağıq. Bu ilin sonuna qədər isə Rusiya neftindən istifadəni dayandırmaq üçün hər şeyi edəcəyik", - o deyib.

Eyni zamanda Polşanın iqlim naziri Anna Moskva bildirib ki, kömürü Cənubi Afrika və Avstraliyadan ala bilərlər və bu, indikindən daha baha olmayacaq.

Qeyd edək ki, Polşanın emal etdiyi neftin təxminən 60%-i Rusiyadan gəlir. Yerli "PKN Orlen" şirkətinin "Rosneft" ilə 2022-ci ilin sonunda başa çatacaq uzunmüddətli müqaviləsi və "Tatneft" ilə müddəti 2024-cü ildə başa çatacaq müqaviləsi var.

"Bir çox müqavilələri nəzərdən keçirdik. İstənilən ssenariyə hazırıq və müqavilədə hətta ümumilikdə bizə bəzi imkanlar verən müddəalar də var", - "PKN Orlen"in baş direktoru Daniel Obaytek bildirib.


Etiketlər:  Polşa ilin sonuna qədər Rusiya neftindən imtina etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ