Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan darmadağın, “Sumqayıt” evdə biabır oldu - YENİLƏNİB

“Qarabağ”dan darmadağın, “Sumqayıt” evdə biabır oldu - YENİLƏNİB

Tarix: 2 Aprel 2022 20:14

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, turun ilk günündə iki qarşılaşma keçirilib.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə liderlə autsayderin matçı ilə başa çatıb. Son üç qarşılaşmada qələbə qazanan "Qarabağ" yeganə məğlubiyyətini aldığı "Səbail"dən revanşı artıqlaması ilə alıb. Ağdamlıların 5 qoluna paytaxt təmsilçisi cəmi 1 topla qarşılıq verə bilib.

Günün ikinci görüşü Sumqayıtda təşkil olunub. Turnir cədvəlinin ikinci hissəsində qərarlaşanların duelində "Sumqayıt"la "Sabah" qarşılaşıb. Səfərdə böyükhesablı qələbə qazanan "Sabah" avrokuboklara vəsiqə şansını davam etdirib. "Sumqayıt" isə öz meydanında biabırçı hesabla uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
XXI tur
2 aprel (şənbə)
16:00. "Qarabağ" - "Səbail" - 5:1
Qollar: 
Leandro Andrade, 3, 41, Ramil Şeydayev, 53, 56, Elvin Cəfərquliyev, 86 - Nikolas Raysel, 62 (pen.)
Baş hakim: Rəşad Əhmədov
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
"Səbail": 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 39. Tural Bayramlı, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 15. Ayxan Bədizadə
Baş məşqçi: Aftandil Hacıyev
"Azersun Arena"

18:15. "Sumqayıt" - "Sabah" - 0:3
Qollar:
Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 50
Baş hakim: Kamal Umudlu
"Sumqayıt": 23. Andrey Popoviç, 17. Murad Xaçayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
"Sabah": 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodriges, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 7. Boyan Letiç
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 99. Hiqor Qabriel, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
"Kapital Bank Arena"

1

Qarabağ

20

15

4

1

46-11

49

2

Neftçi

20

11

4

5

34-23

37

3

Zirə

20

10

5

5

27-19

35

4

Qəbələ

20

9

6

5

30-26

33

5

Sabah

21

9

2

10

28-27

29

6

Keşlə

20

5

4

11

22-30

19

7

Sumqayıt

20

3

5

12

12-32

14

8

Səbail

21

3

2

16

13-44

11

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ"), Coy-Lens Mikels ("Sabah") - 8 qol.

08:56

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

İlk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış matçında "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. Hazırda 1 oyun az keçirən Ağdam klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. 11 xalı olan paytaxt təmsilçisi isə sonuncu - 8-ci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 13-də "köhlən atlar", 2-də "dənizçilər" qələbə qazanıblar. 2 qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 30:6.

"Qarabağ" texniki nəticə nəzərə alınmasa, bütün ev oyunlarında qalib gəlib. "Səbail" səfərdə qol vura bilməyib.

Günün digər matçında Sumqayıtdakı "Kapital Bank Arena"da yerli komanda ilə "Sabah" arasında olacaq. Meydan sahibləri 19 oyundan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb. 26 xalı olan qonaqlar isə 5-cidir.

İki komanda arasında əvvəlki 13 Premyer Liqa matçında "gənclik şəhəri" təmsilçisi 6, paytaxt klubu 5 dəfə qalib gəlib. 2 görüşdə bərabərlik qeyd alınıb. Bu qarşılaşmalarda "Sumqayıt" 17, "Sabah" isə 15 qol vurub.

Son 8 oyunda iki və ya daha çox qol vurulub. "Sumqayıt"ın meydanındakı son iki qarşılaşmada 2:0 hesabı qeydə alınıb.

Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi - Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq.

Premyer Liqa
XXI tur
2 aprel (şənbə)
16:00. "Qarabağ" - "Səbail"
Baş hakim:
Rəşad Əhmədov
"Azersun Arena"

18:15. "Sumqayıt" - "Sabah"
Baş hakim:
Kamal Umudlu
"Kapital Bank Arena"

1

Qarabağ

19

14

4

1

41-10

46

2

Neftçi

20

11

4

5

34-23

37

3

Zirə

20

10

5

5

27-19

35

4

Qəbələ

20

9

6

5

30-26

33

5

Sabah

20

8

2

10

25-27

26

6

Keşlə

20

5

4

11

22-30

19

7

Sumqayıt

19

3

5

11

12-29

14

8

Səbail

20

3

2

15

12-39

11

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ") - 8 qol.


Etiketlər:  Qarabağdan darmadağın Sumqayıt evdə biabır oldu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ