Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvi anılıb - FOTO

Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvi anılıb - FOTO

Tarix: 2 Aprel 2022 12:54

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan,  mütəfəkkir şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı-senarist Hafız Ataxanlının qələmə aldığı epik pritçanın  quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevəməxsusdur.Tamaşada əməkdar artist Cəlal Məmmədov,  aktyorlar Oktay Mehdiyev,  Akif Mirzəyev, Habil Xanlarov, Yalçın Səlimov,Siyavuş Mahmudov, Cavanşir Eyyubzadə, Vəfa Qurbanova,  Ümid Abbas, İlahə Səfərova,  Şəmistan Süleymanlı, Aynur Hümmətova, Məryəm Hüseynli, Kamran Muradlı, Rövşad İlyasov,Etibar Əmirov və Orxan Firudinov çıxış edirlər.

İctimai baxışdan sonra teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti təbrik etdi, ümumilikdə bədii mətndə nəzərdə tutulan konsepsiyanın tamaşanın yozumunda təcəssüm edldiyini vurğuladı.

Mədəniyyət Nazirliyi, incəsənət və qeyri-maddi irs şöbəsinin sektor müdiri Könül Cəfərova və həmin sektorun   baş məsləhətçisi Emin Əliyev yaradıcı heyəti təbrik etdilər. Könül xanım qeyd etdi ki, son dövrlərdə Mədəniyyət Nazirliyində aparılan islahatlar, kreativ düşüncələrə diqqət ayrılması, ərsəyə gələn ədəbi-bədii məhsulun çağdaş texnoloji dünya baxışını ehtiva etməsi ilə bağlı məzmun forma axtarışlarının güclənməsi artıq öz bəhrəsini verməkdədir.  Tamaşada Nizami məfkurəsinin zərrə-zərrə tamaşaçıya  çatdırılmasında tamaşanın bədii tərtibatının xüsusi önəm kəsb etdiyini məmnunluq hissi ilə vurğulayan sektor  müdiri bir daha yaradıcı heyətə minnətdarlıq bildirdi .Digər çıxış edənlər Xeyirlə Şərin, ağılla sərvətin mübarizəsinin maraqlı konteksdə  çatdırıldığını  bildirdilər. Təbii ki, tamaşada nəzərə çarpan bəzi  qüsurlar da qeyd edildi və premyera gününədək aradan qaldırılması tövsiyyə edildi.Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ümumilikdə yaradıcı heyətin qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiyini söylədi.

Tamaşa aprelin 9-u və 10-u ilk dəfə geniş tamaşaçı kütləsinə  təqdim ediləcəkdir.

Milli.Az


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvi anılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ