Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 15:18
Bakı. Kəmalə Məmmədli - Trend:
Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir:
“Birgə müəssisənin Kalinin adına maşınqayırma zavodu ilə birgə yaradılması planlaşdırılır. Azərbaycanın aparıcı müəssisələri bu məsələyə maraq göstərir. Ümid edirəm ki, danışıqlar bu məsələdə irəliləyişə gətirib çıxaracaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin