Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası Azərbaycana dair növbəti illik hesabat yayıb

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası  Azərbaycana dair növbəti illik hesabat yayıb

Tarix: 30 Aprel 2019 16:36

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycana dair növbəti illik hesabatı yayıb.

Trend-in məlumatına görə, komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.

Ötən illərdə olduğu kimi, bu il də hesabatda Azərbaycana dair bəzi qeyri-obyektiv məqamlar öz əksini tapıb. Lakin, əvvəlki illərdən fərqli olaraq, Komissiyanın 9 üzvündən biri, Xristian Liderləri Konqresinin sədri, yevangelist icmasını təmsil edən Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın məhz dini tolerantlığa görə tanındığını, burada müxtəlif məzhəblər və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində, tam azad və təhlükəsiz şəraitdə birgə yaşayıb ibadət etdiklərini vurğulayıb. O, hökumətin dini azlıqlarla məşğul olan beynəlxalq qurumların müraciətlərinə çox məsuliyyətlə yanaşdığını müşahidə etdiyini qeyd edib. Həmçinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərə alaraq, dini azlıqlarla məşğul olan beynəlxalq qurumların hökumətin zorakı dini ekstremizm və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı olduqlarını vurğulayıb. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə edilməsinin zəruriliyini qeyd edib.

C.Murun sözügedən prinsipial və obyektib mövqeyi USCİRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.

C.Mur ötən il ABŞ-dan gələn bir qrup dini xadimlərin tərkibində ölkəmizə səfər edib və bilavasitə yerində mövcud olan vəziyyətlə tanış olmaq imkanı əldə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası Azərbaycana dair növbəti illik hesabat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ