Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 21:39
Dünyada 80% insan diş itkisinə 40 yaşından sonra qarşılaşır. Bunun başlıca səbəbi dişləm pozulması və çənədə gedən dəyişikliklərdir.
Sonxeber.net bakupost.az-a istinadən bildirir ki, çox insan gənc yaşlarından ortodonta gedib diş düzülüşü və alt-üst çənənin sümük sisteminin düzəldilməsi ilə məşğul olmalıdır.
Lakin onlar yalnız dişlərinə kariyes düşəndə stomatoloq axtarır, qalan ağız, diş və sümük problemlərinə təbii yanaşır.
İnsanlar ortodontik problemlərə pul xərcləmək istəmir, sonradan isə tökülən və itirilən dişlərinə ondan da çox vəsait və vaxt sərf edir.
Dişlərin funksional vəziyyəti uşaqlıqdan valideynləri düşündürməlidir.
Dişlər yerini dəyişəndə nə baş verir?
Dişlərin bir-birinə toxunuşu, üst-üstə oturuşu düzgün olmur, elə dişlər var ki, bir birinə heç toxunmur, biri digərindən aralı qalır.
Bu o deməkdir ki, o dişlər çeynəmə prosesində iştirak etmir, qalan dişlər daha çox təzyiqə məruz qalır. 3 dişin işini bir diş görür, nəticədə tacın hündürlüyü azalır, diş emalı tez yeyilir.
Çeynəmə prosesi pozulduğundan çənə və ağız əzələləri əziyyət çəkir, dişlər şaqqıldayır, diş dibləri boşalır, ağrı, xırçıltı səsi gəlir, gələcəkdə daha ciddi problemlər baş qaldırır, hansı ki, onların həlli bəzən mümkün olmur.
Alt və üst çənədə dişlərin kökdən düzülüşündə yanlışlıqlar onların vaxtından əvvəl boşalmasına, yaxşı təmizlənmədiyindən tez çürüməsinə, eləcə də insanın çətin nəfəs almasına, burun problemi və xoruldamasına səbəb olur.