Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bizim musiqiçilər zirehli jilet geyinirlər" - Zelenskinin "Grammy"də təsirli çıxışı - VİDEO

Tarix: 4 Aprel 2022 13:22

Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə "Grammy" mərasimində çıxış edib.

Milli.Az-ın xəbərinə görə, Ukrayna prezidentinin çıxışı videoyazı formatında yayımlanıb. Zelenski Ukraynada viran edilən şəhərlərin sükutundan, öldürülən insanlardan və müharibə ilə bağlı həqiqətlərin əhəmiyyətindən danışıb.

"Müharibə. Musiqiyə daha əks nə ola bilər? Dağıdılmış şəhərlərin və ölən insanların səssizliyi. Bizim uşaqlarımız ulduzları deyil, uçan raketləri çəkirdilər.

400-dən çox uşaq yaralandı, 153 uşaq öldü. Bu uşaqlar daha heç zaman rəsm çəkməyəcəklər, onların rəsmlərini heç zaman görməyəcəyik.

Müharibə bizə kimin sağ qalacağını və kimin əbədi sükutda qalacağını seçməyə imkan vermir.

Bizim musiqiçilər smokinq əvəzinə zirehli jilet geyinirlər.

Onlar mahnı da oxuyurlar.

Yaralılar üçün, hospitallarda...

Musiqi hər şeyə rəğmən qalib gələcək. Mən isə sizi, hamını müharibə haqqında həqiqəti deməyə çağırıam. Sosial şəbəkələrinizdə. Bacardığınız qədər bizə dəstək olun. İstənilən şəkildə. Amma susmayın.

Onda sülh gələcək.

Bütün şəhərlərimiz müharibə nəticəsində dağıdılır. Çerniqov, Xarkov, Volnovaxa, Mariupol və başqaları. Onlar artıq əfsanədirlər.

Amma onların yenidən yaşamasını və yaşatmasını arzulayıram.

Və azad olmalarını.

Sizin "Grammy" səhnəsində azad olduğunuz kimi..."

Milli.Az


Etiketlər:  Bizim musiqiçilər zirehli jilet geyinirlər Zelenskinin Grammydə təsirli çıxışı VİDEO


RƏYLƏR