Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 10:02
Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, "RBC-Ukraina" bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən məlumat yayıb.
"Slobojanşinada, İzyum şəhərində düşmən icbari təmizləmə tədbirləri və yerli sakinlərin məcburi olaraq Rusiya Federasiyasının ərazisinə çıxarılmasını həyata keçirir", - Baş Qərargah bildirib.