Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi

Ukraynanın “Avroviziya-2022”də iştirakı  təsdiqləndi

Tarix: 5 Aprel 2022 23:50

Ukraynanı "Avroviziya-2022" mahnı müsabiqəsində təmsil edəcək "Kalush Orchestra"nın İtaliyanın Turin şəhərinə gedəcəyi təsdiqlənib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə qrup üzvləri Lvovdakı çıxışı zamanı məlumat veriblər.

"Kalush Orchestra" müsabiqəyə qədər Avropada bir sıra xeyriyyə konsertlərində çıxış edəcək. Əldə edilən gəlir isə Ukrayna ordusuna bağışlanacaq.

Qeyd edək ki, 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək yarışmada qrup ölkəsini "Stefania" mahnısı ilə təmsil edəcək. Bukmeykerlər "Avroviziya-2022"də Ukraynanın qalib olacağını düşünürlər.


Etiketlər:  Ukraynanın Avroviziya 2022də iştirakı təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ