Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın 125 təyyarəsi və 93 helikopteri məhv edilib

Ukraynanın 125 təyyarəsi və 93 helikopteri məhv edilib

Tarix: 6 Aprel 2022 14:26

Rusiya Silahlı Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 125 təyyarə, 93 helikopter və 400-dən çox pilotsuz uçuş aparatı məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 93 helikopter, 407 pilotsuz uçuş aparatı məhv edilib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib"-, deyə Rusiya MN sözçüsü vurğulayıb.

Milli.Az


Etiketlər:  Ukraynanın 125 təyyarəsi 93 helikopteri məhv edilib


RƏYLƏR