Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 00:00
Bakı. Elnur Bağışov - Trend:
Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 5 ayı ərzində (21 mart -22 avqust) İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizindən 2,66 min tonda kilkə ovlanıb.
Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayətinin balıqçılıq idarəsinin direktor müavini Qasım Kərimzadə İRNA-ya açıqlamasında deyib.
Q.Kərimzadənin sözlərinə görə, ovlanan kilkənin dəyəri 110 milyard rialdır (təxminən 2,16 milyon dollar).
Kərimzadə əlavə edib ki, ötən ilin analoji dövründə 30 milyard rial (714 min dollar) dəyərində 2,72 min ton kilkə ovlanmışdı.
Kərimzadə ötən illə müqayisədə kilkə ovunun 2% azaldığını və bunun səbəbinin Xəzər dənizində qeyri-nisbi hava şəraiti günlərinin artması olduğunu deyib.
“Kilkə balığı pudrasının (balıq yeməyi) qiymətinin artmasına görə, bu il bu balığın dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 265% artıb” –deyə o qeyd edib.
İdarə rəsmisi bildirib ki, ötən ildə hər 1 kiloqramı 11 min riala (təxminən 0,26 dollar) olan balıq yeməyi bu il 41,2 min riala (təxminən 0,98 dollar) bahalaşıb.
Kərimzadə deyib ki, ovlanan kilkələrin təxminən 90%-i balıq yeməyinə çevrilir, qalanı isə emal olunaraq satışa çıxarılır.
İdarə rəsmisi vilayətdə kilkə ovu ilə məşğul olan 44 gəminin fəaliyyət göstərdiyini deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin