Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Buçaya görə Rusiyaya yeni sanskiya tətbiq etdi

ABŞ Buçaya görə Rusiyaya yeni sanskiya tətbiq etdi

Tarix: 6 Aprel 2022 20:50

ABŞ Buçada baş verən hadisələrə görə Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

"Bu gün biz Rusiyanın ən böyük maliyyə institutu "Sberbank" və onun ən böyük özəl bankı "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etməklə maliyyə şokunu kəskin şəkildə gücləndiririk", - ABŞ Prezidentinin administrasiyasının məlumatında bildirilib.

ABŞ Prezidentinin administrasiyasının məlumatında qeyd olunub ki, Sberbank Rusiya bank sektorunun ümumi aktivlərinin təxminən üçdə birinə sahibdir və ABŞ-ın bu addımı ilə Rusiyanın Bank sektorunun üçdə iksini bloklamış olur.

Əlavə olunub ki, ABŞ G7 və Avropa İttifaqı (Aİ) ilə birlikdə Rusiyaya yeni investisiyalara qadağa elan edir.


Etiketlər:  ABŞ Buçaya görə Rusiyaya yeni sanskiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ