Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyatda hər şeyin bir sonu varmış'' - Yaşarla Vüsalə ayrıldı

“Həyatda hər şeyin bir sonu varmış'' - Yaşarla Vüsalə ayrıldı

Tarix: 9 Aprel 2022 14:50

Uzun illərdir birgə çalışan müğənni Yaşar Cəlilov və aparıcı Vüsalə Kərimova işbirliklərini sonlandırıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçının prodüserliyini edən Vüsalə bu barədə instaqramda məlumat yayıb.

O bildirib ki, bu ayrılığın bir səbəbi yoxdur:

"Həyatda hər şeyin bir sonu varmış. Təəssüf ki, bəzən səbəbsiz olsa da, yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm. Yaşar, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq da, güldük də, yaşadığımız. Acılı-şirinli çox şey yaşadıq. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ili üst-üstə yığsaq bəlkə də heç bir ilini mehriban olmadıq. Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi! Dur deməyin zamanı gəldi. Sən yoluna davam et, yolun açıq olsun. Çalış yaşadığın ömür boyunca kimsənin ruhunu incitmə, sən haqq dünyasını bilənsən. Əsas odur ki, haqq dünyasına sorğu sualsız gedəsən. Məndən bu qədər".

Milli.Az


Etiketlər:  Həyatda hər şeyin sonu varmış Yaşarla Vüsalə ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ