Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qanunsuz sərnişin daşıyan sürücülər cərimələnib - reyd - VİDEO

Bakıda qanunsuz sərnişin daşıyan sürücülər cərimələnib - reyd - VİDEO

Tarix: 9 Aprel 2022 15:38

Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları Bakıda qeyri-qanuni fəaliyyət göstərən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinə qarşı birgə reyd keçiriblər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, reyd zamanı qeyri-qanuni sərnişindaşıma ilə məğul olan xarici dövlətlərdə qeydiyyatda olan avtomobillər saxlanıb.

Baxış zamanı sürücülər sərnişindaşıma ilə bağlı müvafiq sənəd təqdim edə bilməyiblər.

Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə sərnişindaşıma həyata keçirən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediliblər. Belə sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə həmin nəqliyyat vasitələrinin markaları, dövlət qeydiyyat nişanları və onların dayanacaqları barədə məlumat aidiyyəti qurumlara təqdim olunub.

"Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin baş direktorunun müavini Firuz Nəzirov bildirib ki, sözügedən avtonəqliyyat vasitələrinin sürücüləri heç bir halda yerli daşımalar həyata keçirə bilməzlər.

Milli.Az


Etiketlər:  Bakıda qanunsuz sərnişin daşıyan sürücülər cərimələnib reyd VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ