Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 22:42
Rusiya-Ukrayna müharibəsində qaçqın düşən ukraynalılara 9,1 milyard avro yardım ayırılacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın paytaxtı Varşavada keçirilən maliyyə tədbirində qərar qəbul olunub.
Kanada və Avropa Komissiyası ilə yanaşı bir çox ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu məbləğin 1,8 milyard avrosunun Ukrayna daxilindəki məcburi köçkünlərə ayırılması qərara alınıb.
Qalan 7,3 milyard avro Ukraynadan qonşu dövlətlərə sığınan vətəndaşlara ayırılacaq.
Bu məbləğin 4,1 milyardı BMT vasitəsi ilə Ukraynaya yardım kimi, qalan 5 milyard avro isə kredit kimi verilib.