Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda 37 yaşlı kişi ayağından bıçaqlanıb

Xaçmazda 37 yaşlı kişi ayağından bıçaqlanıb

Tarix: 10 Aprel 2022 20:28

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Ağakərim Sefulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ budun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Xaçmazda yaşlı kişi ayağından bıçaqlanıb


RƏYLƏR