Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan Dağıstana tabut "axışır" - FOTO

Ukraynadan Dağıstana tabut

Tarix: 11 Aprel 2022 11:48

Rusiya Federasiyasının regionları arasında Ukraynadan gələn əsgər tabutları arasında ilk yeri Dağıstan tutur.

Milli.Az bildirir ki, iqtisadi, sosial və sənaye baxımından Rusiyada ən zəif inkişaf etmiş, federal mərkəzdən alınan fasiləsiz dotasiyalar hesabına var olan Dağıstanda gənclər üçün işsizlikdən qurtulmağın iki yolu var: ya orduda xidmət, ya da idman.

İdmanda, daha konkret olsaq, güləşdə uğur qazana bilməyəcəyini anlayar dağıstanlı gənclər orduya üz tuturlar.

Belə şəxslərin total əksəriyyəti Rusiya ordusunda müqavilə (kontrakt) əsasında xidmət etməyə çalışır.

Ukraynada müharibəyə isə Rusiyada ilk əvvəl məhz "kontrakt"çılar göndərilir.

Dağıstana artıq 106 tabut gəlib.

Tabut sayına görə ikinci yerdə Buryatiyadır.

Dağıstanda hərbi çağırışçıların ordu sıralarında xidməti kvota ilə olduğundan Rusiya Silahlı Qüvvələrinə düşmək üçün hərbi komissarlıqlarda rüşvət verənlərdən də var.

Bu ilin martında isə hərbi komissarlıqlar Ukraynadakı "xüsusi əməliyyat"da iştirak üçün müqavilə ("kontrakt") əsasında xidmət edənləri toplamağa başlayıblar.

Onlara sıravi üçün 117 min rubl, praporşik üçünsə 215 min rubl maaş təklif olunub.

Dağıstanda orta aylıq əmək haqqı təqribən 32 min rubldur. İşsizlik səviyyəsi isə ötən il 15 faiz təşkil edib.

Milli.Az


Etiketlər:  Ukraynadan Dağıstana tabut axışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ