Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 15:20
Ukraynanın ictimai rəy liderləri və siyasətçilərini sosial şəbəkələrdə isterika yaratmamağa çağırıram.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk deyib.
"Ola bilsin ki, bu müharibə bizim istədiyimizdən daha uzun və çətin olacaq. Ona görə də siz cəmiyyəti cəsarət və dözümlülüyə kökləməlisiniz. Təəssüf ki, bəziləriniz isteriya və digər səmərəsiz, zərərli emosiyalar yaradırsınız. Müharibə zamanı ictimaiyyətə təsirinizə görə məsuliyyət daşımağınızı xahiş edirəm. Sosial şəbəkələrdə isteriya etməyək. Bizə sakitlik, cəsarət, möhkəmlik və dözüm lazımdır. Beləliklə, gəlin qalib gələk", - o bildirib.