Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 17:55
Rəqqasə Fatimə Fətəliyevanın dəbdəbəli ad günündə ən diqqətçəkən məqamlardan biri Xalq artisti Aygün Kazımovanın gecəyə qatılması olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məclisdən bir neçə gün kecsə də, söz-söhbət bitmək bilmir. Bir çox sənət adamları və sosial şəbəkədə dəfələrlə bir çoxları Kazımovaya rəqqasənin bahalı hədiyyə verdiyini bildirib. Xalq artistinin məclisə buna görə gəldiyi iddia edilib.
Sonxeber.net xəbər verir ki, Fatimə məsələ ilə bağlı axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, Kazımovanı hər zaman sevib:
"Aygün Kazımova ilə sənət yoldaşıyıq. Sənətkarımızdır, illərdir bu səhnədə sözünü deyib. 25 ildir sənətdəyəm. Hər zaman onu çox istəmişəm. Nəyin qarşılığında, necə gəlib - bu sualları cavablandırmayacam. Qulağıma o qədər sözlər çatır ki: Fatimə nə qədər pul verib, kimsə Fatimə üçün Aygün Kazımovanı gətirib. Aygün Kazımova demişkən, Fatimə, sənin üçün çox sözlər deyəyəcəklər, çox daşlar atacaqlar, fikir vermə. Mən də fikir vermirəm. Bu söz-söhbətlərə cavab verməyəcəm. Onun dəyərli sözləri mənə hədiyyə oldu".