Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 12:50
Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib.
Sonxeber.net xəbər verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.