Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramazanda hansı şərtlə toy etmək olar? - VİDEO

Ramazanda hansı şərtlə toy etmək olar? - VİDEO

Tarix: 13 Aprel 2022 18:48

Ramazan ayının başlaması ilə şadlıq evləri sükuta qərq olub. Paytaxtdakı bir neçə şadlıq sarayına baş çəkdik və inzibatçılar toy sifarişləri almadıqlarını dedilər.

Bəs görəsən ümumiyyətlə Ramazan ayında toy etmək olarmı? Bu barədə vətəndaşların da fikri müxtəlifdir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ilahiyyatçı Ağaseyid Yaqubov isə deyir ki, dində ramazan ayında toy və ya hansısa el şənliyi keçirmək qadağan deyil. Amma iftardan sonra təşkil edilməli olduğu üçün bir sıra çətinliklər yarada bilər.

İlahiyyatçı bildirir ki, əgər mütləq şəkildə toy şənliyini keçirmək zərurəti yaranarsa, bunu məhdud qonaq sayı ilə təşkil etmək daha yaxşı olar.


Etiketlər:  Ramazanda hansı şərtlə etmək olar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ