Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında UFC üzrə
dünya çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Qol.az xəbər verir
ki, görüşdə Həbibin atası, həmçinin Dağıstanın prezidenti Vladimir Vasiyev
də iştirak edib.
Görüş zamanı Putin Həbibi son döyüşdə amerikalı Dastin
Puaryeyə qalib gəlməsi münasibəti ilə təbrik edib. Putin Həbibin döyüşünə
baxdığını və onun layiqli qələbə qazandığını bildirib.