Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov: Qərb Rusiyaya total hibrid müharibə elan edib

Lavrov: Qərb Rusiyaya total hibrid müharibə elan edib

Tarix: 14 Aprel 2022 19:56

Rusiya milli dəyərlərə əsaslanaraq qiymətləndirmə aparan kimi Qərb Rusiyaya qarşı total hibrid müharibəsi elan etdi.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Ukrayna böhranını bəhanə edərək Qərb bizə mahiyyətcə total hibrid müharibəsi elan etdi. Müharibə informasiya məkanı da daxil olmaqla, müxtəlif sahələri əhatə edir. Qərb fikrin sərbəst ifadə edilməsini, informasiyaya, o cümlədən xaricdən müvafiq ölkəyə daxil olan məlumatlara bərabər çıxışı təmin etmək üzrə beynəlxalq öhdəliklərini kobud şəkildə pozur", - nazir bildirib.

Milli.Az


Etiketlər:  Lavrov Qərb Rusiyaya total hibrid müharibə elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ