Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alındakı bu qırışlar ürəyin xəstə olduğunu göstərir - ALİMLƏR

Alındakı bu qırışlar ürəyin xəstə olduğunu göstərir - ALİMLƏR

Tarix: 14 Aprel 2022 22:27

Alın nahiyədə eninə dərin, erkən qırışlar insanın ürəyində problem olmasından xəbər verə bilər.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, fransalı mütəxəssislər yeni elmi tədqiqatlarında dərinin vəziyyəti ilə sağlamlığın əlaqəsini araşdırıblar.

Onlar müşahidə edib ki, altında eninə, dərin qırış olan şəxsrlərin qanında pis xolesterin çox olub.

Bu isə birbaşa ürək-damar xəstəliklərinə işarədir.

Dəri qan dövranının necə olmasının güzgüsüdür. Üzdə xırda damarlarda qan dövranı pozulduqda, dəri tonusdan düşür, qırışlar artır.
Qanda xolesterin çox olması qan dövranını pozur,dəri elastikliyini itirir.

Alimlər həkimlərə pasiyenti müayinə edərkən, xəstənin üzünə, alnındakı qırışlara diqqət yetirmələrini tövsiyə edib.

Gənc və orta yaşda alında yaşa uyğun olmayan qocalı qırışı varsa, xəstənin ürək damarları yoxlanmalıdır. Ola bilər ki, o hələ ürəyinin xəstə olduğunu hiss etmir.


Etiketlər:  Alındakı qırışlar ürəyin xəstə olduğunu göstərir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ