Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukraynada yolların dağıdılması humanitar yardımın çatdırılmasını çətinləşdirir" - Britaniya kəşfiyyatı

Tarix: 16 Aprel 2022 09:36

"Ukraynanın münaqişə bölgələrində yol infrastrukturuna ciddi ziyan dəyib. Rusiya qoşunları Ukraynanın şimalından geri çəkilərkən körpüləri dağıtmaqla, minalardan istifadə etməklə və nəqliyyat vasitələrini əsas marşrutlar boyunca tərk etməklə vəziyyəti daha da pisləşdiriblər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Çerniqovda və onun ətrafında çay keçidlərinin dağıdılması şəhərin özündə Desna çayı üzərindən yalnız bir piyada körpüsü qoyub. Müharibədən əvvəl şəhərin təxminən 285 000 sakini var idi.

Ukraynanın nəqliyyat infrastrukturunun zədələnməsi indi əvvəllər Rusiya tərəfindən mühasirəyə alınmış ərazilərə humanitar yardımın çatdırılmasında ciddi problem yaradır", - məlumatda vurğulanıb.

Milli.Az


Etiketlər:  Ukraynada yolların dağıdılması humanitar yardımın çatdırılmasını çətinləşdirir Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ