Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 15:08
Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma hazırlaşır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, düşmən bunun üçün tibb infrastrukturu hazırlayır və Belarus ərazisindən raket buraxmağı hədəfləyir:
"Təkcə hərbi texnika, şəxsi heyət toplamır, həm də yaralılara yardım üçün səhiyyə infrastrukturu da hazırlayır. Həmçinin mümkün qədər ehtiyat toplayıb, Belarus ərazisindən zərbələrə hazırlaşırlar".
Qeyd edək ki, Rusiyanın Ukraynanın şərqində genişmiqyaslı hücum üçün hazırlıqlarını tamamlamaq üzrə olduğu haqda məlumatlar səsləndirilir.