Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2022 19:34
İran "Qəzza" adlı yeni pilotsuz təyyarəsini uğurla sınaqdan keçirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) istehsalı olan təyyarənin qanadlarının uzunluğu 21 metrdir.
Təyyarə 500 kiloqram müxtəlif yük götürmə qabiliyyətinə malikdir.
"Qəzza" pilotsuz təyyarəsi 35 saat davamlı, 10668 metr hündürlükdə, 250 kilometr məsafədə uça bilir.