Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 08:18
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri, parlamentin müxalifətdəki "Mənim şərəfim" fraksiyasının rəhbəri Artur Vanetsyan sosial şəbəkədə İrəvanın Azadlıq meydanında müddətsiz aksiyaya başlayaraq vətəndaşlara Qarabağ uğrunda döyüşmək üçün müraciət edib.
"Ölkə hakimiyyəti Qarabağın Azərbaycanın bir hissəsi olacağı fikri ilə artıq razılaşıb. Biz elə vəziyyətə gəlmişik ki, Ermənistanın özünün təhlükəsizliyi artıq təhlükə altındadır", - deyə Vanetsyan bildirib.
Onun sözlərinə görə, bunun üçün erməni əsgərlərinin sahib olduqları ən qiymətli şeyi - həyatlarını veriblər. Bu isə indi sual altındadır və uzun illər davam edən mübarizənin nəticəsi də mənasızlaşıb. Vanetsyan məhz bu prosesi dayandırmaq məqsədi ilə Azadlıq meydanına gəlib. O, oradan heç yerə getməyəcəyinə əminliyini bildirib, onunla razılaşan hər kəsi ona qoşulmağa çağırıb və birgə gələcək planları və addımları müzakirə edəcəklər.