Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evini təmir etdirmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

Evini təmir etdirmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

Tarix: 19 Aprel 2022 14:38

Bəzən qonşuluqda və ya yaxın ərazidəki təmir işləri qonşular arasında mübahisələrə səbəb olur. Xüsusilə, istirahət günləri və axşam saatlarında aparılan təmir daha çox narazılıqla qarşılanır. Buna görə bir sıra ölkələrdə sözügedən işlərlər bağlı vaxt məhdudiyyəti tətbiq edilir. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, həftə sonu da daxil olmaqla, axşam saat 12-dən səhər 7-ə kimi hər hansı təmir işi aparmaq qanunla qadağandır. Qalan saatlarda isə səs limitinə əməl etməklə icazə verilir.

Hüquqşünas bildirir ki, təmir işləri minimum narahatlıqla aparılmalı, şəxsin istirahət hüququnu pozmamalıdır. Əks halda vətəndaş məhkəməyə müraciət edə bilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə deyir ki, sözügedən məsələylə əlaqədar nazirliyə daxil olan müraciətlər araşdırılır və qanunazidd əməllər aşkarlanarsa qarşısı alınır.


Etiketlər:  Evini təmir etdirmək istəyənlər xəbəri mütləq izləsin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ