Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki ay səhnəyə çıxa bilməyəcəyəm - Aktyor Çingiz Əhmədov

İki ay səhnəyə çıxa bilməyəcəyəm - Aktyor Çingiz Əhmədov

Tarix: 19 Aprel 2022 18:05

"Teatrlarda həmişə söz-söhbət olub. Dünyanın harasında teatr varsa, orada söz-söhbət də var. Bu da normaldır. Hətta ana-bala arasında da zamanla incikliklər olur. Nahidə Orucova dostumuzdur, artıq hər şeyi yoluna qoymuşuq".

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Çingiz Əhmədov həmkarı Nahidə Orucova ilə münasibətindəki gərginlikdən danışarkən deyib.

Aktyor səhhətində yaranan problemlərdən də söz açıb:

"Qarnımda yırtıq vardı, məni incidirdi. Əməliyyat olundum. 1987-ci ildə keçirdiyim ürək əməliyyatından sonra fəsad verib, bilməmişəm. İndi gərək diqqətli olam. İki ay səhnəyə çıxa bilməyəcəm. Teatrda yeni tamaşaya quruluş verilirdi, orada mən də rol almışıdm. Vəziyyətimlə əlaqədar teatra gedə bilmirəm. Dublyorlarım var, cavandırlar, qoy onlar oynasınlar".

Aktyor efirə, kino çəklişlərinə getdiyini vurğulayıb:

"Maşınla gəlib evdən götürüb aparırlar. Sağ olsunlar, məni idarə edirlər. Həkimlər maşın sürməyimə də qadağa qoyublar".


Etiketlər:  İki səhnəyə çıxa bilməyəcəyəm Aktyor Çingiz Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ