Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski içkili halda xalqa müraciət etdi - İDDİA

Zelenski içkili halda xalqa müraciət etdi - İDDİA

Tarix: 19 Aprel 2022 22:22

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna  prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarından tez-tez xalqına müraciət edir.

Milli.Az "Unikal"-a istinadən xəbər verir ki, bu dəfə Zelenskinin müraciət videosu böyük səs-küy yaradıb.Belə ki, Ukrayna liderinin çıxışı zamanı sərxoş olduğu görüntülənib. Onun həddindən artıq spirtli içki qəbul etdiyi və narkotikin təsiri altında olduğu üçün üzünün müxtəlif formalara sahib olduğu iddia edilib. Video yayımlandıqdan qısa müddət sonra silinsə də, sosial şəbəkələrdə yayılmağa davam edib.

Zelenski videoda "52-ci gündən axşamınız xeyir. Nə deyə bilərəm? Biz güclüyük, işləyirik! Sevirik, minnətdarıq və qalib gələcəyik" ,-  deyə ifadə edib. Daha sonra o, otağındakə əşyaları göstərib.  Videonu görən sosial media istifadəçiləri "Sərxoş və narkoman Zelenski!" şərh edib.

Milli.Az


Etiketlər:  Zelenski içkili halda xalqa müraciət etdi İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ