Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kadırovçu''lar döyüşdən imtina edən 3 rusu öldürdü

''Kadırovçu''lar döyüşdən imtina edən 3 rusu öldürdü

Tarix: 20 Aprel 2022 11:00

Ukraynanın Zaporojye əyalətində "kadırovçu"lar döyüşməkdən imtina edən 3 rusiyalı hərbçini qətlə yetirib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Arefyev deyib.

Bildirilib ki, Ukrayna kəşfiyyatı Poloqov rayonunda rusiyalı hərbçilərin kütləvi etiraz etməsi barədə məlumat əldə edib. Hərbçilər onlara ödəniş edilməməsi səbəbindən döyüşməkdən imtina ediblər. Onlar silahı yerə qoyaraq, evə qayıtmaq istəyiblər.

Bu səbəbdən "kadırovçu"lar dəstəsi etirazçıları amansız şəkildə döyərək, 3-nü qətlə yetiriblər.


Etiketlər:  Kadırovçular döyüşdən imtina edən rusu öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ