Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 20:36
Goranboyun Qazançı kəndinə ötən ilin sonunda qaz verilməsi üçün borular çəkilsədə, evlərə nə sayğac qoyulub nə də mənzilə borular quraşdırılıb. Sakinlər bildirir ki, həmin işlərin görülməsi üçün onlardan əlavə pul istənilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, küçədən qaz xəttləri keçir,evlərə borular çəkilmədiyindən vətəndaşlar qazdan istifadə edə bilmir.
Bura Goranboyun Qazançı kəndidir. Sakinlər iddia edirlər ki,həmin işlərin görülməsi üçün onlardan əlavə pul istənilib. Kəndlilər isə bununla razılaşmırlar.
Soyuq qış günlərində mənzilləri qızdırmaq üçün Qazançı sakinləri həyətlərindəki, meyvə ağaclarını doğrayıb yandırmalı olublar. Bildirilir ki,qonşu Kürəkçay kəndinə 2019-cu ildə qaz verilişi zamanı onlardan hər hansı məbləğ istənilməyib.
Goranboy rayon Qazançı kəndinə mavi yanacağın nə vaxt verilməsini,sayğacların quraşdırlmasını öyrənmək üçün AzəriQaz İstehsalat Birliyinə müraciyyət etdik. Qurumun mətbuat xidmətindən bildiririldi ki, SOCAR azəriqaz regionların qazlaşmasında küçə xətlərini şəkir. bu prosses başa çatandan sonra vətəndaşlar ya regional idarəyə ya da asan kommunala müraciət etməlidir.
Qeyd edək ki, Goranboy rayonun Qazançı kəndinin 400-dən artıq sakini var.