Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luqansk vilayəti raketlə vuruldu, ölən var

Luqansk vilayəti raketlə vuruldu, ölən var

Tarix: 27 Aprel 2022 12:56

Aprelin 27-də səhər saatlarında Qorskaya Qromadaya hava zərbəsi endirilib - ən azı bir nəfər həlak olub.

Milli.Az bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının sədri Sergey Qayday Telegram-da yazıb.

"Saat beşdən bəri rus qoşunları Qorskaya icmasının yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur, "Qrad" və artilleriyadan istifadə edirlər.

Hava zərbəsi endirilib. Dağıntılar çoxdur, artıq bir nəfərin meyiti tapılıb", - o yazıb.

O, axtarışların davam etdiyini bildirib.

Qorskidə elektrik yarımstansiyası da yanıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Luqansk vilayəti raketlə vuruldu ölən var


RƏYLƏR