Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 17:32
Dünyaca məşhur idman geyimləri brendi FILA-nın Filippində yerləşən ofisinin baş direktoru Marikris Abad Santos Sinqapurdakı otellərin birində ölü vəziyyətdə tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iki uşaq anası Marikris Abad Santosun ölüm səbəbinin şübhəli olduğu iddia edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd olunur ki, 52 yaşlı Marikris Abad Santos 2007-ci ildən FILA-nın Filippin şirkətinin baş direktoru və prezidentidir.