Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə havanın temperaturu 46 dərəcəni keçdi

Bu ölkədə havanın temperaturu 46 dərəcəni keçdi

Tarix: 27 Aprel 2022 22:44

Pakistanda mövsümi normaların üzərində olan hava temperaturu müşahidə olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkənin bir çox yerində havanın temperaturu  6-8 dərəcə yüksəlib.

Bildirilib ki, havanın temperaturu Nəvabşahda 46,4, Sibidə 46, Bəhavalpurda 43, paytaxt İslamabadda 38, Lahorda 41 dərəcə olaraq ölçülüb.

Meteorologiya Departamenti rəsmiləri vətəndaşları isti havalardan qorumaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Pakistanda ölkə tarixində ən yüksək temperatur 28 may 2017-ci ildə Bəlucistan əyalətinin Turbat şəhərində 53,5 dərəcə olaraq qeydə alınıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə havanın temperaturu 46 dərəcəni keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ