Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 10:08
Dilarə Zinatullina reper Əlişir Morqenşterndən ayrılmasının səbəblərindən birini açıqlayıb.
Sonxeber.net lent.az-a istnadla xəbər verir ki, o, sənətkarın hədsiz şəkildə yaradıcılığına bağlılığından danışıb.
O, sosial şəbəkələrdə yazıb ki, ailə problemləri Dubaya köçəndən dərhal sonra başlayıb.
"Köçdük. Konsertlər yox, treklər uzun müddətdir hit-paradlarda yoxdur... Vəssalam! Sanki insanın ömrü bitib", - deyə Dilarə qeyd edib.
Onun fikrincə, Morqenştern həyatında olan hər şeyi, o cümlədən özünü konsertlərinə qurban verir.
Bundan əvvəl qalmaqallı reper Morqenştern cəmi 7 ay evli olduqları 22 yaşlı həyat yoldaşı Dilarə Zinatullinadan boşanma səbəblərini açıqlamışdı.
Məlum olub ki, gənc həyat yoldaşı ona xəyanət edib.