Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada döyüşən əcnəbilərin SAYI AÇIQLANDI

Ukraynada döyüşən əcnəbilərin SAYI AÇIQLANDI

Tarix: 28 Aprel 2022 17:06

"Ukraynadakı döyüşlərdə 7 minə yaxın xarici muzdlu iştirak edir".

Milli.Az-ın lent.az-a istinadla xəbərinə görə, bu, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Nazirliyin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ukraynada 63 ölkədən muzdlular döyüşür. O bildirib ki, muzdlular Polşa, Britaniya və Rumıniya kimi Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada və Gürcüstandan gəliblər.

Aprelin 27-də Rusiya prezidenti Vladimir Putin də qeyd edib ki, Ukraynada döyüşən əcnəbi muzdluların sayı durmadan artır. O, vəd edib ki, yaxın vaxtlarda Müdafiə Nazirliyi xüsusi əməliyyat zamanı saxlanılan muzdluların bəzilərini nümayiş etdirəcək.

Daha əvvəl Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı Böyük Britaniyanın Xüsusi Hava Xidmətinin təxribat və partizan döyüşləri üzrə mütəxəssislərinin Lvov vilayətinə yerləşdirildiyini bildirib.

Milli.Az


Etiketlər:  Ukraynada döyüşən əcnəbilərin SAYI AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ