Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"The Guardian": "Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq"

Tarix: 28 Aprel 2022 19:48

"Ukraynada müharibənin dönüş anı mayda olacaq".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Guraian"ın məqaləsində bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: "Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur - "Report") Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ qaubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək" .

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.

Milli.Az


Etiketlər:  The Guardian Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq


RƏYLƏR