Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 11:24
Avro 5 ilin ən aşağı həddinə ucuzlaşıb. 1 avro 1.05 dollara və 1.78 manata bərabər olub. Xatırladaq ki, 1 il əvvəl 1 avro 2.05 manat idi.
Sonxeber.net xəbər verir ki, İqtisadçı ekspert Fərid Mehralızadə Bizim.Media-a avronun dəyərdən düşməsini şərh edib:
"Burada əsas məsələ avronun ucuzlaşması deyil, dolların bahalaşmasıdır. Azərbaycanda artıq 4 ildir ki, manat məzənnəsi dondurulub. Avro manata qarşı yox, dollara qarşı ucuzlaşıb. Dollar bütün dünya bazarlarında dəyərlənib. Bu da onunla bağlıdır ki, Amerikada inflyasiya gözləntiləri yuxarıdır".
Ekspert bildirir ki, bununla əlaqədar əvvəldən xəbərdarlıq edilib. FED açıqlama vermişdi ki, inflyasiya göstəriciləri yüksək olduğu üçün onlar öz faiz dərəcəsini qaldıra bilərlər.
Avronanın gələcəkdə taleyi isə müəmmalıdır:
"Bunun nə qədər davam edəcəyi qlobal iqtisadi vəziyyətdən asılıdır. Ərzaq məhsulları ilə bağlı situasiya davam etsə, bu tip tədbirlər davam edəcək. Stabil vəziyyət olsa və inflyasiyanın sürəti yavaşlasa, bu proses dayana bilər".