Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Zaqreb derbisində oynaya bilər - FOTO

Mahir Zaqreb derbisində oynaya bilər - FOTO

Tarix: 29 Aprel 2022 18:32

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatının 33-cü turunda keçiriləcək "Lokomotiva" ilə matçda oynaya bilər.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun şəkli  klubun bu oyun üçün hazırladığı posterdə yer alıb. Həmin posteri klub sosial şəbəkə hesablarında paylaşıb.

Çiynindən zədələnən və Kiyev "Dinamo"su ilə xeyriyyə görüşünü buraxan Mahirin bu gün məşqlərə qayıdacağı gözlənilir. Əgər o, matçı günü çiynində ağrı hiss etməsə, böyük ehtimalla "Lokomotiva"ya qarşı oynayacaq.

Qeyd edək ki, mayın 1-i keçiriləcək Zaqreb derbisi Bakı vaxt ilə saat 21:05-də başlayacaq.

Milli.Az


Etiketlər:  Mahir Zaqreb derbisində oynaya bilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ