Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 08:09
Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir.
Bu barədə ukraynalı lider Polşa mətbuatına açıqlamasında bildirib.
"Rusiyanın törətdiyi nəticələrə görə, danışıqlar dayandırıla bilər. Onlar hər yerdə eyni üsuldan istifadə edirlər. İnsanları ödürürlər",- deyə Zelenski bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası nə qədər danışıqlar aparmaq üçün nümayəndə göndərsə də yekun qərarı yenə də Vladimir Putin verəcək.
Odur ki, yalnız iki dövlət başçısı arasında birbaşa danışıqlar həqiqətən səmərəli olacaq.