Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda motosikletçi qəza törədib, iki nəfər yaralanıb

Bakıda motosikletçi qəza törədib,  iki nəfər yaralanıb

Tarix: 30 Aprel 2022 08:14

Bakıda 25 yaşlı motosikletçi qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonu, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Rəhimov Elmin Elman oğlu idarə etdiyi motosikletlə 1956-cı il təvəllüdlü Əhmədova İradə Rafiq qızını vurub.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada İ.Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda motosikletçi qəza törədib iki nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ