Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göygöldə narkotik saxlamaqda və oğurluqda şübhəli billinən şəxslər saxlanılıb - FOTO

Göygöldə narkotik saxlamaqda və oğurluqda şübhəli billinən şəxslər saxlanılıb - FOTO

Tarix: 30 Aprel 2022 13:14

Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli billinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Oruc Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və Şahin Əliyev saxlanılıb. Polis Şöbəsində şübhəli şəxslərin üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik maddə olan heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərdən Ş.Əliyevin ətrafında aparılan istintaq-əməliyyat təbirləri nəticəsində onun törətdiyi digər cinayətlər də müəyyən edilib. Belə ki, Ş. Əliyev aprel ayının 18-də "Aztelekom" MMC-yə məxsus naqili oğurladıqdan sonra tanışı Namiq Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri 3744 manat olan artezan quyusunun elektrik naqillərini oğurlayıb.

Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Göygöldə narkotik saxlamaqda oğurluqda şübhəli billinən şəxslər saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ